Qonşuda kritik vəziyyət: Uşaqlar arasında kəskin virus yayılıb

Son iki həftə ərzində Gürcüstanda uşaqlar arasında mövsümi qrip xəstəliklərinə yoluxma hallarının sayı kütləvi şəkildə artıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı pediatrlara istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, son günlər ərzində Çiçiaşvili adına yeni uşaq klinikasına təxminən 80 pasient yerləşdirilib. Uşaqlarda yüksək temperatur və baş ağrıları qeydə alınıb. Hazırda təxminən 15 pasient "H1N1" də daxil olmaqla müxtəlif qrip viruslarından stasionar şəkildə müalicə alır.

Pediatr Temur Mikeladze bildirir ki, bu il ötən illərlə müqayisədə daha çox sayda qrip virusu yayılıb. Əsasən bu "B", "H1N1" və "H3N2" tipli qriplərdir.

Pediatr xəstəliyin simptomlarının göründüyü uşaqları heç bir halda məktəb və uşaq bağçalarına göndərməməyi və dərhal həkimə müraciət etməyi bildirib.

Qeyd edək ki, "H1N1" tipli xəstəlik ilk dəfə Batumidə qeydə alınıb.