Rusiya internetini qlobal serverlərdən ayırır – Ciddi mətləblər var


Məqsəd müharibə və ya kütləvi kiberhücum zamanı dövlət xidmətlərinin, Rusiya bank şəbəkəsinin fəaliyyət göstərməsinə imkan yaratmaqdır


Bu gün Rusiya  noyabrın əvvəlində qüvvəyə minən mübahisəli qanunun bir hissəsi olaraq, internetini qlobal serverlərdən təcrid etmək və internetin qlobal kiber müharibə vəziyyətində fəaliyyət göstərməsinə təminat vermək üçün avadanlıqları sınaqdan keçirir.
“Sherg.az” “lefigaro.fr”ə istinadən xəbər verir ki, Kremlin məqsədi həm də rus saytlarına nəzarəti gücləndirməkdir.
RİA Novosti ictimai agentliyinin verdiyi məlumata görə, nazirliyin sözçüsü Yevgeni Novikov qeyd edib ki, Rusiya xüsusi poliqonlarında, Rusiyada internetin sabit və etibarlı işləməsi üçün "təhdidlərə " reaksiya vermək mexanizmləri sınaqdan keçirilir. Lakin şəbəkə istifadəçiləri bu yoxlamaların davam etdiyini hiss etmirlər. 

Kremlin bildirdiyinə görə, məlum qanun Avropa və ABŞ-da yerləşən böyük qlobal serverlərlə bağlantı kəsildiyi halda " Rus seqmentini" internetsiz qoymamağı nəzərdə tutur. Məqsəd xüsusilə, müharibə və ya kütləvi kiberhücum zamanı dövlət xidmətlərinin və Rusiya bank şəbəkəsinin fəaliyyət göstərməsinə imkan verməkdir.

Bunun üçün konkret olaraq, internet trafiki xaricə ötürülən məlumatların miqdarını azaltmaq üçün yenidən təşkil ediləcək. Bu məqsədlə giriş təminatçıları xüsusi bir infrastruktur quraşdıracaqlar. Bu texnologiya, “Rustelekom” jandarma olan Roskomnadzora dərin yoxlamalar aparmaq imkanı yaradacaq. Həmçinin bu texnologiya Rusiya serverlərindən keçən bütün trafiklərin analizini aparacaq.  Saytlara axını və ya yönləndirməni tapmağa şərait yaradacaq. Sözsüz ki, bu texnologiya vasitəsilə hansı bir saytı və ya məzmunu birbaşa blok edə biləcəklər. 

Rusiya hakimiyyəti təkid edir ki, bu, Rusiyada internet azadlıqlarını boğmaq və ya internetə senzura tətbiq etmək anlamına gəlməməlidir.

Rusiya Prezidenti Vladimir Putin ötən həftə gerçəkləşdirdiyi illik mətbuat konfransında qeyd edib ki, pulsuz internet və suveren internet anlayış bir-birinə zidd deyil: 

Qanun bizə imkan verəcək ki, öz internet resursumuz olsun. Amma bu resursun formlaşdırılmasında məqsəd interneti kəsmək və ya məhdulaşdırmaq deyil”.