“Borcumuzu qaytaraq” – Rəsulzadənin ev muzeyi ilə bağlı kampaniya başladıldı

“Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi” çağırışına qoşulanların sayı getdikcə artır”. 

Bunu tanınmış jurnalist, professor Qulu Məhərrəmli Rəsulzadənin ev muzeyi ilə bağlı başladılan kampaniya haqqında məlumat verərkən deyib. 

Sherg.az-ın xəbərinə görə, Q.Məhərrəmli bildirib ki, kampaniya ilə bağlı Feysbukda reaksiyaların dinamikasını təhlil ediblər: 

“Soydaşlarımızın canıyananlığından, xüsusən diaspor nümayəndələrinin fəallığından məmnun olduq. Təşəbbüsə qoşulmuş fəal elm və mədəniyyət xadimlərindən ibarət “İctimai qrup” yaradılması qərara alındı. Yaxın günlərdə həmin qrupun toplantısını keçirib konkret addımlar atılması planlaşdırılır.
Rəsulzadənin ev-muzeyini yaratmaq təşəbbüsünə dəstək verən hər kəsə minnətdarıq”.