Azərbaycanlı Rusiyadan deportasiya olundu

Rusiyanın Saratov vilayətində iki nəfər ölkədən çıxarılıb.

Novosti-saratova.ru-nun xəbərinə görə, Miqrasiya İdarəsinin işçiləri Azərbaycan və Özbəkistan vətəndaşlarını ölkələrinə deportasiya etmək üçün hava limanına təhvil veriblər.

Onlar miqrasiya qaydalarını pozmaqda ittiham edilərək cərimələnib və Rusiyadan deportasiya olunublar.

Həmin şəxslər növbəti beş il ərzində Rusiyaya səfər edə bilməyəcəklər.