Tanınmış hüquqşünasa xanımının böyrəyi köçürüldü

"Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri, 42 yaşlı hüquqşünas Ramil İsgəndərli iki dəfə əməliyyat olunub.

Report xəbər verir ki, o, ürək-damar şuntlanması edilib, daha sonra isə hüquqşünasa böyrək köçürülüb.

Böyrək transplantasiyası zamanı R.İsgəndərlinin donoru isə həyat yoldaşı Nigar İsgəndərova olub. Belə ki, N.İsgəndərovanın böyrəyi R.İsgəndərliyə köçürülüb.

Hər iki cərrahi əməliyyat Bakı şəhərindəki xəstəxanalardan birində baş tutub.

Hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır.