Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Ukrayna Strateji Şurasının səkkizinci yüksək səviyyəli iclasında iştirak etmək üçün sabah Ukraynaya rəsmi səfər edəcək.
"Sherg.az"Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Əlaqələr üzrə İdarəsindən bildirilib.
Bildirilib ki, Kiyevdə prezident Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Vladimir Zelenskinin başçılığı ilə keçiriləcək Şuranın iclasında bütün sahələrdə ikitərəfli və regional məsələlərə baxılacaq. Ukrayna ilə strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirmək üçün yeni əməkdaşlıq imkanlarının qiymətləndiriləcəyi də deyilir.
Görüş çərçivəsində Türkiyə-Ukrayna biznes forumu da keçiriləcək.