Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar insanların tibbi spirt və tibbi maskaya tələbatı artıb. Bununla əlaqədar vətəndaşlar apteklərdə maska və tibbi spirti tapmaqda çətinlik çəkir.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov tibbi maskaların çatışmazlığına görə İqtisadiyyat Nazirliyini və sahibkarları ittiham edib:
“Maskaları Səhiyyə Nazirliyi deyil, sahibkarlar gətirir. Nazirlik yalnız ölkəmizə gətirilən dərman preparatlarının keyfiyyətini yoxlayır. Xahiş edirəm, depolara zəng edib soruşun ki, niyə apteklərə maska gətirmirsiniz? Və yaxud da niyə ölkəyə tibbi maska gətirmirsiniz?
Gətirirsinizsə, qiyməti neçəyədir? Qiymətlərlə bağlı narahatlıq varsa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə əlaqə saxlasınlar”.