Rusiyada koronavirusdan ilk ölüm olub

Rusiyada koronavirusdan ilk ölüm qeydə alınıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Moskvada 79 yaşlı qadın koronavirusdan həyatını itirib.
Bundan başqa, Meksikada da ilk ölüm faktı baş verib. 41 yaşındakı diabet xəstəsi yoluxduğu yeni növ virusdan ölüb.
Qeyd edək ki, ötən gün İtaliyada koronavirus səbəbindən 475 adam ölüb.