MÜHÜM TƏKLİF: “Şəhidlərin şərəf və ləyaqəti qorunsun !"  

“Ölkə başçısının və Birinci Vitse-prezidentin şəhid ailələrinə daim qayğısı var”.
"Sherg.az" xəbər verir ki, bunu Milli Məclisin iclasında vitse-spiker Adil Əliyev deyib.
A.Əliyev bildirib ki, şəhidlərimiz üçrəngli bayrağımızın dalğalanması üçün canlarından keçiblər: 
“Bizi narahat edən məqam ondan ibarətdir ki, vətənpərvərlik duyğularından uzaqlaşmış bəzi şəxslər sosial şəbəkələrdə, KİV-də şəhidlərimizlə bağlı xoşagəlməz ifadələr işlədirlər. Cinayət Məcəlləsində təhqir edilən şəxslərlə bağlı xüsusi maddə var. Qeyd olunan proses isə kifayət qədər ağrılıdır. Bununla, o ailəyə ikiqat əziyyət edilir. Təklif edirəm ki, Cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddə əlavə edilsin”.
Deputat karantin rejiminin uzadılması ilə bağlı məsələyə də toxunub:
“Karantin rejiminin müddətinin uzadılması ilə bağlı bizə olan müraciətlərin vaxtında həll edilməsi üçün bu məsələləri aidiyyəti qurumlar qarşısında qaldırmalıyıq. Bunu vaxtında etsək ölkəmizdə bu qədər problem olmaz”.