Fransada Qarabağa və Orduya dəstək aksiyası keçirilir 

Bu gün Fransada Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribat törətməsi və təcavüzkar ölkənin Azərbaycana qarşı işğalçı siyasəti ilə bağlı etiraz aksiyası keçirilir.
Oxu.Az xəbər verir ki, aksiya dövlət himnimizin ifası ilə başlayıb.
Bundan sonra iştirakçılar “Əsgər marşı”nı ifa ediblər. Aksiyada Azərbaycan və fransız dillərində vətənpərvərlik, erməni işğalını pisləyən müxtəlif şüarlar səsləndirilib.
Aksiyada azərbaycanlılar və ölkəmizə dost münasibəti bəsləyən yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.