Gürcüstanın sabiq prezidenti, Mixeil Saakaşvili ölkəyə qayıdış planı barədə sabah açıqlama verəcək.
Saakaşvili bu barədə şəxsi "Facebook" hesabı vasitəsilə paylaşım edib.
"Sabah Gürcüstana qayıdış planım barədə müraciət edəcəm", - deyə o paylaşımında bildirib.
Qeyd edək ki, bir müddət öncə Saakaşvili Gürcüstana qayıdacağını bildirmişdi. Hakimiyyət nümayəndələri isə sabiq prezidentin qanun qarşısında cavab verməli olduğunu və Gürcüstana qayıtdığı zaman onun həbs ediləcəyini bildirirlər.