Ermənistanın Azərbaycanın ən böyük şəhərlərindən biri olan Gəncəyə xaincə hücum etməsi, dinc və günahsız soydaşlarımızı hədəf alması insanlığa qarşı cinayət, beynəlxalq hüququn açıqca tapdanması və inkar edilməsidir. Ermənistan zülm saçan üzünü bir daha göstərdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib.
D.Baxçalı deyib: “Bundan əlavə, Füzuli, Ağdam və Tərtərin yaşayış əraziləri Ermənistan tərəfindən artilleriya və raket atəşinə tutulub. Erməni dəstələri Azərbaycan qarşısında sıxışdıqca münaqişə bölgələrini mülki yaşayış məntəqələrinə qədər genişləndirirlər. Qatil erməni zehniyyəti əvvəllər etdiyini bu gün də vəhşicəsinə təkrarlayır. Ermənistan qəddardır, qatildir və töküldüyü qana qərq olacaq.
Cənubi Qafqazdakı sülh və sabitliyin yeganə düşməni Ermənistandır. Beynəlxalq ictimaiyyət artıq mülki vətəndaşlara qarşı qanlı və alçaq hücumlara biganə qalmamalıdır. Buradan şəhidlərimizə Allahdan rəhmət, yaralı soydaşlarımıza şəfa diləyirəm.
Unutmaq lazım deyil ki, Dağlıq Qarabağ türk yurdudur. Bu hüququn haqq sahibi ilə birləşməsi həyat bahasına olsa belə təmin edilməlidir. Qatil və terrorçu bir dövlət olan Ermənistanı nifrətlə qınayıram. İlanın başının mütləq əziləcəyinə inanıram.
Ayrı olan heç nəyimiz yoxdur, uzağımız yaxınımız yoxdur, iki dövlət bir millətik, eyni damarda axan qan, eyni bədəndə döyünən ürəyik. Birik, bərabərik, Türkiyə ilə Azərbaycanıq. Birlikdə biz böyük bir Türk millətiyik”.