Bu yaxınlarda sosial şəbəkələrdə maraqlı bir paylaşım edilib. Həmin statusu oxuyan şəbəkə istifadəçilərinin hər biri qürurdan gözlərinin dolduğunu yazıb. Həmin statusu olduğu kimi təqdim edirik:
"Hörmətli “Azercell”, “Bakcell” və “Nar” mobile rəhbərliyi sizlərdən xahişimiz var!
Qarabağ döyüşləri uğrunda şəhid olan qardaşlarımızın mobil nömrələrini əbədi aktiv edin və zəngimcell-də "Hörmətli abonent zəng etdiyiniz şəxs vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur" səsləndirilsin!
Əgər bunun üçün hər hansısa vəsait tələb olunursa, könüllü şəkildə toplamağa hazırıq!"
"Sherg.az"ın məlumatına görə həmin mobil rabitə şirkətləri də məsələyə biganə qalmayıb. Təklifləri nəzərə aldıqlarını bildiriblər.
İdeyanı irəli sürən gənclərdən biri ilə əlaqə yaratmağa çalışdıq. Lakin o, bu barədə açıqama verməkdən imtina etdi.