İlham Əliyevin Rusiyaya səfəri: Yekun sülh müqaviləsinə hazırlıq başlayır

"Prezident İlham Əliyevin Rusiyaya səfəri gözlənilir. Bununla bağlı Rusiya prezidentinin mətbumat katibi Dmitri Peskov bildirib".

"Sherg.az" xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov deyib. 

Analitik bildirib ki, Peskov bu səfəri "saat əqrəblərini tutuşdurmaq" kimi xarakterizə edib: 

"Bu səfər yekun sülh müqaviləsinin hazırlanması mərhələsinin başlanması deməkdir. Dövlət başçısı İlham Əliyev rusiyalı həmkarı ilə detalları müzakirə edəcək. Rusiya sülhməramlıların fəaliyyəti müzakirə ediləcək. Ölkə başçısı İlham Əliyev Vladimir Putinin dilindən Ermənistanın təkliflərini dinləyəcək. Bundan sonra növbəti üçtərəfli görüş keçirilməsi gözlənilir. Hələlik görüşün müzakirəsinin ümumi sxemini belə dəyərləndirmək olar".