Çavuşoğludan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım - FOTO
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibəti ilə paylaşım edib.
“Qardaş Azərbaycanın müstəqilliyini yenidən qazanmasının 30-cu ili Qarabağın işğaldan azad edilməsi ilə daha da gözəldir. Üçrəngli bayrağınla çox yaşa, Can Azərbaycan!” - deyə türkiyəli nazir “Twitter” hesabında yazıb.