“Azərişığ”ın səkkiz rayon şəbəkəsinin rəisi vəzifədən azad edildi - FOTO


“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun əmri ilə Bakı şəhərinin rayon və qəsəbələri üzrə 8 rəis tutduğu vəzifədən azad olunub.

Qurumdan verilən məlumata görə, yerdəyişmələrin aparılmasında başlıca məqsəd abonentlərin daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatını təmin etmək, habelə enerji satış işinin təkmilləşdirilməsində maksimum effektivliyə nail olmaqdır.

Belə ki, bəzi məsul əməkdaşların xidməti ərazilərinin dəyişdirilməsi ilə iş funksiyalarının icrasında yeni ab-hava yaradılması məqsədə müvafiq sayılıb.

Yuxarıda qeyd olunanları nəzərə alaraq aşağıda göstərilən RETSİ (ETSİ) rəislərinin yerdəyişmələri aparılıb: