Erməni hərbçiləri aparan avtomobil aşdı: Ölən və yaralılar var


Zəngəzurda erməni hərbçilərin olduğu avtomobil qəzaya düşüb.

İrəvan-Mehri yolunun 222-ci kilometrliyində yoldan çıxan avtomobil bir neçə dəfə aşıb.

Nəticədə 50 yaşlı erməni hərbçi David X. ölüb, 30 yaşlı hərbçi Arut M. və sürücü xəstəxanaya yerləşdirilib.

Məlumata görə, onların hamısı Ermənistan Müdafiə Nazirliyinin eyni hərbi hissəsində xidmət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Shamshyan.com