DSX rəisi: "Helikopter demək olar yenidir, qısa müddət öncə təmir işləri aparılıb"


"Helikopterin pilotu ən yüksək səviyyədə ağır şəraitlərdə uçuşlarda təlimatlı olan pilotlarımızdan biridir. Uçuş imkanı və icazəsi olan pilotlarımızdan biridir. Polkovnik Füzuli Cavadov I Qarabağ müharibəsində də iştirak edib".

"Report” xəbər ki, bu fikirləri Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, helikopter demək olar yenidir və qısa müddət öncə təmir işləri aparılıb.