Rusiyanın İl-76 təyyarəsi Almatıya eniş edib - Məqsəd açıqlandı?


Rusiyanın “İl-76” hərbi-nəqliyyat təyyarəsi Qazaxıstanın Almatı şəhərinə eniş edib. “Sherg.az” “lenta.ru”ya istinadən xəbər verir ki, bunu Uçuş Radarı xidmətinin məlumatları göstərir. Humanitar yüklərin çatdırılması üçün adətən iri Rusiya yük təyyarəsindən istifadə edilir. Təyyarənin etiraz edilən Almatı gəlişinin məqsədi hələlik açıqlanmır. Bundan əvvəl məlum olub ki, yanvarın 5-də Almatı etirazçılar şəhərin yerli administrasiya binasına soxulublar. Binaya basqın anı videoya çəkilib. Videoda nümayişçi izdihamının meriyanın girişinə necə toplaşdığı və atışma səslərinin eşidildiyi aydın görünür.
Qeyd edək ki, yanvarın 2-də Qazaxıstanda yanacağın bahalaşmasına etirazlar başlayıb. Yanvarın 4-də Almatıdakı Respublika meydanında etirazçılar təhlükəsizlik qüvvələri ilə toqquşub. Hüquq-mühafizəçilər etirazları dağıtmaq üçün gözyaşardıcı qaz və səs-küylü qumbaralardan istifadə ediblər.