“Əliyevlə Zelenskinin birgə bəyanatında ciddi mesajlar var” - AKTUAL

“Prezident İlham Əliyevin Ukraynaya səfəri ilə bağlı Zelenski ilə birgə bəyanatında ciddi mesajlar var”.
“Sherg.az” xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Xaqani Səfəroğlu bildirib. O qeyd edib ki, Ukrayna və Azərbaycan prezidentlərinin imzaladığı birgə Bəyanatda  suverenlik və ərazi bütövlüyü məsələlərində bir-birinə dəstək verəcəkləri və beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədlərin qorunacağını bəyan ediblər:
 
“Bu, çox mühüm mesajdır. İkincisi, qida təhülkəsizliyi ilə bağlıdır. Ukrayna taxıl ixracatçısı kimi dünyanın 5 ölkəsindən biri sayılır. Azərbaycanın taxıl idxalında Rusiyadan birtərəfli aslılıqdan qurtulması üçün yaxşı və sərfəli, etibarlı perspektivlər ortaya çıxır.  Üçüncüsü: Bəyanatda nəqliyyat dəhlizlərinin genişləndirilməsi ilə bağlı çağırış var və GUAM Birliyinin adı çəkilir.

 10 ildən sonra Avrasiya regionunda alternativ platforma olan GUAM yenidən xatırlanıb. Bu da ciddi məsələdir. Zelenski İlham Əliyevin səfərini "tarixi səfər "adlandırııb. 

Hazırkı mürəkkəb və "əsəb müharibəsi"nin tən ortasında olan Ukrayna üçün Azərbaycanın bu mesajları və dəstəyi  həqiqətən tarixi əhəmiyyət daşıyır”.