Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələrin təməllərini qoyub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna səfər ediblər.

 Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin təməllərini qoyub.