Daxili işlər orqanında kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Göyçay Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Qiyas Beybutov vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Hələlik onun yerinə təyinat yoxdur.