Millət vəkili, “Vəhdət” partiyasının rəhbəri Tahir Kərimlinin qardaşı Fəxrəddin Kərimli “Sherg.az”a danışıb. O, hazırda T.Kərimlinin səhhətinin ağır olduğunu söyləyib:
“Hazırda səhhəti olduqca pisdir, ürəyi tutub. Ayıltmağa çalışırıq. Sağlamlığını bərpa etmək üçün ciddi səy göstəririk. Tahir müəllim hüquqşünasdı. Sübut və dəlillərlə işləyən adamdı. Əlində faktlar var".
Qeyd edək ki, millət vəkili Tahir Kərimli oyuncaq əjdaha ilə video çəkib və onu ölümlə hədələyənlərə od püskürüb. “Sherg.az” xəbər verir ki, Tahir Kərimli onu ölümlə hədələyən şəxslərə səslənib.
“Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən” – deyə, o bildirib.
Deputat daha sonra əlindəki oyuncağı kənara qoyaraq sözlərini davam etdirib:
“Mən təkcə 10 milyon deyiləm, qüdrətli dövlətlər qurmuş və gələcəkdə də qüdrətli dövlətlər quracaq 50 milyondan böyük bir millətin nümayəndəsiyəm".
Sözügedən videonu təqdim edirik: