“Türkiyə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı deyib.
O bildirib ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi müharibə qəbuledilməzdir.
“Bu addım beynəlxalq hüquqa ziddir. Bu addım regionun sabitliyinə və təhlükəsizliyinə vurulan ağır zərbədir”, - deyə səfir əlavə edib.
Onun sözlərinə görə, Türkiyə hələ də Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün vasitəçilik təşəbbüslərini davam etdirir.
“Biz bu məsələnin diplomatik yolla həlli üçün əlimizdən gələni edirik”.