“Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası da daxil olmaqla yekun sülh müqaviləsi üçün müəyyən əsas məqamlar üzrə razılığa gəldiyi bildirilir”.
“APA-Economics” xəbər verir ki, bu barədə agentliyin Azərbaycan üzrə reytinq qiymətləndirməsində bildirilib.
Qeyd edilib ki, hər iki tərəfin qalan məsələləri həll etməkdəki çevikliyi və istəyi, eləcə də mümkün həll üçün vaxt hələ də qeyri-müəyyən olaraq qalır.
“Fitch münaqişənin tammiqyaslı hərbi eskalasiyasını gözləmir”- hesabatda əlavə edilib.