Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı – Qazax magistral yolunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Atbulaq kənd sakini 1972-ci il təvəllüdlü Cəbrayılov Asəf Musaxan oğlu yolu keçmək istəyən zaman avtomobil onu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.