Brüsseldə yekun sülhə "yol görünür?" – Keçmiş XİN başçısından aktual şərh 

Azərbaycan və Ermənistan liderləri aprelin 6-da Brüsseldə yenidən bir araya gələcək. Bu tarixdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü olacaq. Son üç ayda Azərbaycan və Ermənistan liderləri dördüncü dəfə görüşəcək.

Yaxın günlərdə baş tutacaq Brüssel görüşünü “Sherg.az”a şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, görüşün yekun sülhə gətirib çıxaracağına inanmıram:

“Çünki Ermənistan tərəfi ziddiyyətli bəyanatlar verir. O cümlədən, Paşinyan iki gün öncə bəyan edib ki, Qarabağ zonasındakı ermənilərin təhlükəsizliyini  Ermənistan  hərbçiləri təmin etməlidir. Bu bir növ Azərbaycana qarşı işğalçı siyasətinin  davam olunması kimi qiymətləndirilə bilər”.

Sabiq nazir Brüssel görüşündə Azərbaycan tərəfinin etməli olduqlarını sadalayıb:

“Hesab edirəm ki, sözügedən görüşdə Azərbaycan tərəfi bu iddialara cavab  verəcək. Eyni zamanda, Brüssel siyasi meydanından istifadə edərək Azərbaycan mövqeyini təbliğ  edib, Ermənistanın yanaşmasını isə tənqid edəcək”.