Zelenski ilə Putin görüşəcək? 

Rusiya prezidenti Vladimir Putin Ukrayna rəhbəri Volodimir Zelesnki ilə görüş ehtimalından imtina etməyib.

"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, bunu Kreml öz açıqlamasında vurğulayıb. Lakin bildirilib ki, görüşdən əvvəl zəmin hazırlanmalıdır. Hazırda razılaşma mətni yoxdur, ona görə də bu barədə danışmaq hələ tezdir.

Qeyd edək ki, Buçada mülki şəxslərin öldürülməsindən sonra  Kiyev rəhbəri Putinlə görüş ehtimalından danışıb:

"Buçadakı faciədən sonra belə Rusiya ilə danışıqlar irəlilədilməlidir. Lakin dövlət başçıları ilə görüş olmaya bilər. Ən çətini qarşı tərəfin düşmən olduğunu qəbul edərək görüş şəraiti yaratmaqdır.  Danışıqlardan sonra torpaq itirməmək də əsas məsələdir".