Britaniya Fransanın 1700 balıqçı gəmisinə lisenziya verib

Breksitdən sonra Avropa və Britaniya arasında yaranan ən ciddi anlaşımazlıq həll olunmaq mərhələsindədir.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının balıqçılıq üzrə komissarı Virjinius Sinkeviçius deyib.

Komissar bildirib ki, Britaniya tərəfi fransız balıqçılara lazımı qədər lisenziya verib. Artıq 1700 balıqçı gəmisinə lisenziya verilib. Onlar balığın çox olduğu Britaniya sularına sərbəst daxil ola biləcəklər. London yalnız sözügedən ərazilərdə əvvəllər başlıq ovlayanlara xüsusi icazə verib. Yeni müraciətlər qəbul edilmir.