ABŞ-da atışma olub, 2 yeniyetmə ölüb


ABŞ-da Pensilvaniya ştatının Pittsburq şəhərində atışma olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 2 yeniyetmə ölüb, daha 9 nəfər yaralanıb.

Polisin ilkin araşdırmasına görə, icarəyə götürülən mülkdə çoxu azyaşlı olan 200-ə qədər adamın iştirakı ilə ziyafət təşkil edilib. Qapalı məkanlarda 50-yə qədər, çöldə isə daha bir neçə atəş açılıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis hadisə yerinə gəldikdən sonra da atəş açılıb.