Erməni işğalından azad edilən ərazilərə səfərləri davam edir

Azərbaycanda yaşayan Alban-Udi Dini icmasının üzvlərinin bu gün Erməni işğalından azad edilən ərazilərə səfərləri davam edir.

Sherg.az-ın məlumatına görə, Alban-Udi Xristian Dini İcmasının üzvləri 26 iyun Azərbaycan ordusunun yaranma günü münasibətilə tarixi torpaqlarımıza səfərləri zamanı Suqovuşandan sonra Talış kəndində yerləşən V əsrə aid olan kilsəni də ziyarət ediblər. Ziyarət zamanı icma üzvləri Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsinə dualar oxuyub, Allahdan rəhmət diləyiblər.