Bosniya və Herseqovina səfiri: "Qarabağda olduğum üçün özümü xoşbəxt hiss edirəm"

“Qarabağda olduğum üçün özümü xoşbəxt hiss edirəm”.

APA xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Bosniya və Herseqovinanın Türkiyədəki səfiri Adis Alagic deyib.

O bildirib ki, Azərbaycan dövlətinin öz torpaqlarını beynəlxalq hüquq çərçivəsində yenidən qaytarması onları çox sevindirir:

“Eyni zamanda Qarabağda sürətli şəkildə təmir-bərpa işlərinin aparılması bizi məmnun edir. Bosniya xalqının Azərbaycan xalqına salamlarını çatdırmaq istəyirəm. Onu da qeyd etmək istəyirəm ki, xalqlarımızın ortaq tarixi, ortaq mədəniyyəti, ortaq kədərləri var. Ən əsası isə ortaq gələcəyə baxışımız var”.

Səfir qeyd edib ki, Şuşada keçirilən konfransda çox böyük təcrübələri eşitmək imkanları olub: “Burada barışığın nə qədər ciddi istənildiyi və üzərində işlənildiyini gördük. Bu məsələdə Azərbaycanı dəstəkləyirik”.