Polkovnik Esler: “Qarabağda aparılan bərpa işlərini öz gözlərinlə görməlisən”

“Qarabağda aparılan bərpa işlərinin miqyası heyrətamizdir, bunu öz gözlərinlə görməlisən”.

Bunu “Report”a Avstraliyanın Ankaradakı səfirliyinin attaşesi polkovnik Bencamin Esler bildirib.

“Burada olmaqdan çox şadıq. Azərbaycanın apardığı tikinti-bərpa işlərinin miqyası heyrətamizdir. Ölkəniz tamamilə dağıdılmış şəhərləri və kəndləri bərpa edir. Azərbaycanın gələcək planları ilə tanış olmaq maraqlı olardı”, - Füzuli və Şuşaya səfərləri barədə təəssüratlarını bölüşən o deyib.

B.Esler vurğulayıb ki, Avstraliya və Azərbaycan arasında kifayət qədər çoxşaxəli əməkdaşlıq qurulub: “Bu münasibətləri yüksək qiymətləndirirəm”.