İraqda Respublika Sarayına nəzarət bərpa edilib

İraq təhlükəsizlik qüvvələri Bağdadda yerləşən Respublika Sarayında nəzarəti bərpa edib, üsyançıları saraydan çıxarıb. 

Bu barədə “Report” “Əl-Cəzirə”yə istinadən xəbər verir. 

Qeyd edilib ki, Əs-Sədr tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə olunub. Vurğulanıb ki, Bağdadda “yaşıl zona"da Əs-Sədr tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı 2 nəfər ölüb, 19 nəfər yaralanıb.

Bakı vaxtı ilə saat 20:00-dan etibarən ölkə ərazisində komendant saatı tətbiq ediləcək.