Türkiyə səfiri Ukrayna XİN-ə çağrılıb

Türkiyənin Ukraynadakı səfiri Yağmur Ahmet Güldərə bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb.
APA xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilb ki, Ukrayna Türkiyə səfirini Rusiya silahlarının Bosfor boğazından daşınmasına görə çağırıb.

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın S-300 hava hücumundan müdafiə sistemləri də daxil olmaqla hərbi texnikanı Suriyadan Rusiyaya ötürmək üçün “Sparta-II” mülki yük gəmisindən istifadə etdiyinə dair xəbərlərin olduğunu bildirib.