Ərdoğan Tokayevlə stolüstü tennis oynadı – FOTO

Qazaxıstanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin dövlət başçısı Qasım-Jomart Tokayevlə Astanada ikitərəfli və geniş tərkibdə görüş keçirib.
Görüşdən sonra sənədlərin imzalanma mərasimi  və iki liderin birgə mətbuat konfransı təşkil olunub.
Rəsmi tədbirlərdən sonra prezidentlər stolüstü tennis oynayıblar.