İran açıq şəkildə Azərbaycana düşmənçilik etdiyini elan edir

"İranın Qafanda konsulluq açması Qərbi Zəngəzurda mövcud olmaq planının tərkib hissəsidir".

Bunu "Sherg.az"a siyasi şərhçi Asif Nərimanlı deyib. 

Analitik bildirib ki, lakin İranın bunu indi, özü də inşası başa çatmaya binada təcili etməsi Türkiyə prezidenti R.T. Ərdoğanın Şərqi Zəngəzura gəlişindən qaynaqlanır:

"Molla rejimi Bakı-Ankara birliyinə Tehran-İrəvan “qardaşlığı” ilə cavab verir. Alayarımçıq binada “qırmızı lenti” kəsən Abdullahianın verdiyi açıqlamalar bu kontekstdı diqqət çəkir. İran Ermənistanın və regionun təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir. Qafanlılara demək istəyirlər ki, narahat olmasınlar, Tehran erməni xalqı üçün oradadır. Qafandakı baş konsul Mürtəza Abdin Vəramin də vəzifəsinə başlayan kimi “Azərbaycanın Ermənistan ərazisinə hücumu” iddialarına münasibət bildirib. Qeyd edib ki, “İran sərhədlərin dəyişikliyinə müdaxilə edəcək”. İran açıq şəkildə Azərbaycana düşmənçilik etdiyini elan edir".