Nazir: “Hacıqabul Sənaye Məhəlləsinin rezidentlərinin sayı artırılıb” - FOTO

Hacıqabul Sənaye Məhəlləsinin rezidentlərinin sayı artırılıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir:
“Hacıqabul Sənaye Məhəlləsində üç yeni sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 13-ə çatıb. Ümumi investisiya həcmi altı milyon manatdan çox olan üç müəssisədə (“Absheron Trending” MMC, “AR Metiz” MMC və “LV Shipping Caspian” MMC) 115 iş yeri yaradılacaq”.