Azərbaycan  antiterror planını hazır vəziyyətə  gətirdi - Ekspert

"Son "qızıl söhbəti" Azərbaycanın antiterror planını hazır vəziyyətə  gətirdiyini göstərir".

"Sherg.az"ın məlumatına görə bu barədə siyasi şərhçi Aqşin Kərimov deyib. 

Ekspert bildirib ki, hərbçilərin Azərbaycan rəsmilərini müşayiət etməsi də həmin siqnalı çatdırmaqdır: 

"Xankəndi-Gorus yoluna həm Laçın yolu, həm də ona alternativ çəkilən marşrut daxildir. Daha dəqiqi, alternativ yol faktiki olaraq köhnə yolun bir qoluna çevrilib. Alternativ yol sadəcə Laçın şəhərinin mərkəzini, Zabux və Susu əhatə etmir. O, bir nöqtədən sonra Laçın dəhlizi kimi tanıdığımız yola birləşir və həmin ərazidə Rusiya qoşunları xidmət aparır. Azərbaycan iqtisadi mühasirə ilə hibrid müharibə aparır. Böyük hərbi xərclərdənsə və itki riskindənsə belə tədbirlər daha effektivdir. İnsidentlər olacaqsa və sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycan rəsmilərinə qarşı təxribat baş verəcəksə, antiterror əməliyyatı cüzi həddə də olsa özünü göstərəcək".