Bağçada tərbiyəçilərdən uşaqlara qarşı ŞOK HƏRƏKƏT - VİDEO

Rusiyada iki uşaq bağçası müəlliməsi uşaqları qidalandırarkən təhqir ediblər və hadisə şahidlərinin lentə aldığı videoya düşüblər.

Milli.Az bildirir ki, video "VKontakte" sosial şəbəkəsində "Kursk bomondu" qrupunda yayımlanıb.

Hadisə Kursk vilayətində baş verib. Kadrlarda 24 saylı Jeleznoqorsk uşaq bağçasının müəllimələrinin uşaqlarla yemək süfrəsi arxasında necə oturduğu görünüb. Onlar iki uşağı - bir oğlan və bir qızı zorla yedizdirmək istəyiblər. Uşaqlar ağlayıb, amma böyüklər onlara əziyyət verməyə davam ediblər. Qadınlardan biri qışqıran qızın başından tutub ağzına yemək qoyub.

Məlumata görə, işçilər uşaqları qidalandırmaq üçün onlara müntəzəm olaraq fiziki güc tətbiq ediblər.

Kursk vilayətinin administrasiyası və İstintaq Komitəsinin regional idarəsi hadisəni yoxlayır. Ehtimal olunur ki, bütün hallar aydınlaşana qədər müəllimələr işdən uzaqlaşdırılacaq. 

nbsp;