Ərdoğan: “Bayraktar Kızılelma”nın ilk uçuşu gələn ay reallaşa bilər

Türkiyənin ilk pilotsuz qırıcısı “Bayraktar Kızılelma”nın ilk uçuşu bir ay ərzində həyata keçirilə bilər.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsun şəhərində gənclərlə görüşü zamanı bildirib.

O, əlavə edib ki, Türkiyə artıq öz raketlərini də istehsal edir.

Ərdoğan, həmçinin, terrorla mübarizə mövzusuna toxunaraq, ABŞ-nın Suriyanın şimalına 4-5 min yük maşını ilə silah və sursat göndərdiyini bildirib. O, bu barədə Ankaranın rəsmi Vaşinqtona dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, ABŞ-nın terrorçulara dəstəyini dayandırmadığını vurğulayıb.