Moldova Rusiya qazından tamamilə imtina etdi

Moldova tarixində ilk dəfə olaraq Rusiyadan qaz almaqdan tamamilə imtina edib.

Sherg.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Moldova Baş nazirinin müavini Andrey Spinu özünün Teleqram kanalında yazıb.

O qeyd edib ki, ötən ildən Moldova hakimiyyəti qaz ehtiyatları yaratmağa, eləcə də tədarükçüləri şaxələndirməyə hazırlaşır.

Spinunun sözlərinə görə, Moldovanın qaz tədarükçüsü "Qazprom" deyil, "Energocom" olacaq.