Vasif Talıbovu kim əvəzlədi, Fuad Nəcəfli kimdir?

Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Qeyd edək ki, bu gün Prezident Fərmanla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib. Naxçıvanın sabiq şefi Vasif Talıbovu əvəzləyəcək şəxsin kimliyi, tərcümeyi - hall maraqlıdır. "Şərq" in əldə etdiyi məlumata görə, Fuad Nəcəfli Sumqayıt Texnologiyalar Parkı  MMC - nin Müşahidə Şurasının üzvüdür. Nizamnamə kapitalı 225 , 9 milyon manat olan STP MMC 2012 - ci ildə rəsmi qeydiyyata alınıb. Ötən il müəsisədə hüquqi dəyişikliklər baş verib, STP - nin adı dəyişdirilərək , " STP- AH " şirkətinə cevrilib.Müşahidə Şurasının üzvləri arasında Türkiyə vətəndaşları da var. Şirkətin sədri Emin Məmmədov bir müddət sonra vəzifədən uzaqlaşdırılıb, şirkətin əsas işi indi sərəncamla Vasif Talıbovu əvəzləyən Fuad Nəcəfli həyata keçirib.