Türkiyə səfiri Prezident İlham Əliyevi təbrik edib - FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Diplomat bununla bağlı “Twitter”də paylaşım edib.
“Cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, sağlam, uzun ömür arzulayıram. Ad gününüz mübarək”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 61 yaşı tamam olur.