Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal sammiti keçirilir

Bu gün Sankt-Peterburqda Müstəqil Dövlət Birliyi (MDB) dövlət başçılarının qeyri-formal sammiti keçirilir.

APA xəbər verir ki, qeyri-formal sammitə Rusiya Prezidenti Vladimir Putin sədrlik edir.

Qeyri-formal sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.