Bəzi orqanlar olmayanda insan yaşaya bilir


Lakin bu o demək deyil ki, sağlamlığımıza qarşı diqqətsiz olmalıyıq

  Hansı orqanlar olmadan yaşaya bilərik? Bəzi orqanları çıxarılmış, bəzisi cüt olduğu halda təkliyə məhkum edilmiş (böyrək) orqanizmlər əlbəttə, var. Müəyyən xəstəliklər  səbəbindən dalağı, öd kisəsi çıxarılan, mədəsi kiçilən, bağırsaqlarının bir hissəsi kəsilmiş insanlar var. Buna rəğmən həyatdadırlar, yaşayırlar. Mütəxəssislər “insan hansı orqanlar olmadan da yaşaya bilər” sualına cavab verib. 

İnsanlar tək böyrəklə yaşaya bilər. Tək böyrəklə yaşayanların səhhətində ciddi problemlər olmur. Əlbəttə, əgər həkimlərin tövsiyələrinə düzgün əməl edəcəklərsə. Həmçinin ağ ciyərlərdən biri olmasa, insan normal şəkildə həyatına davam edə bilər. Çünki ağ ciyərin bir payı – bir hissəsi olmadıqda digər yarı o birinin yerini dolduracaq ölçüdə şişə bilir. Dalaq qanı süzür və orqanizmdə infeksiyalara qarşı mübarizə aparır.  

Dalaqda problem yarandıqda əməliyyatla çıxarılır. Lakin bundan sonra insanın sağlamlığına qarşı daha da diqqətli olması, infeksiyalara yaxalanmaması vacibdir. Qadınlar uşaqlıq olmadan da yaşaya bilir. Məsələn, ABŞ-də 60 yaşlı qadınların təxminən  üçdə biri qadınlıq orqanı – uşaqlığı çıxarılmış halda yaşayır. Eləcə də yumurtalıqlar, həm qadınlarda, həm də kişilərdə asanlıqla çıxarıla bilir. Mədə xərçəngi zamanı mədə bütünlüklə götürülür. Mədə əvəzinə nazik bağırsaq yemək borusuna biləşdirilir. İnsan yüngül yeməklər yeyir, müalicəvi dərmanlar qəbul edir və həyata davam edir. Yoğun bağırsaq da bəzən kəsilir, bu halda orqanizmdən xaric olunan maddələrin toplanması üçün insanın böyrünə əlavə “çanta” bərkidirlər. Apendisit yoğun bağırsağın ilk hissəsindəki kiçik boru çəkilli orqandır. Apendisitin funksiyası hələ də tam müəyyənləşməyib. Lakin onun da əməliyyatla çıxarıldığına tez-tez rastlanır. Adətən belə hallarda apendesitin partlaya biləcəyinin qarşısını almaq üçün əməliyyat vacib olur. Ürəyin klapanlarını (qulaqcıqlarını) bəzən süni cihazla əvəzləyirlər. Qara ciyər də nə qədər kəsilir, kəsilsin, yenidən özünü bərpa etmək qabiliyyətinə  malikdir. Həmçinin öv kisəsi çıxarılmış, lakin həyatına davam edənlər var. Qısası, orqanizm hər hansı orqan olmadan və ya əskik olaraq da yaşaya bilir. Lakin bu o demək deyil ki, sağlamlığımıza qarşı diqqətsiz olmalıyıq. Sağlam həyatla yarımçıq həyat fərqlidir.