Laçın-Xankəndi yolundakı aksiya 98 gündür davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, İctimai fəallar bu gün də humanitar məqsədlə əraziyə yaxınlaşan avtomobillərin maneəsiz keçidinə şərait yaradır.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.