title


İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin Ər-Riyada səfər dəvətini məmnunluqla qarşılayıb.

Sherg.az axar.az-a istinadən bildirir ki, bu barədə İran prezidentinin köməkçisi Məhəmməd Cəmşidi deyib.

Qeyd edək ki, martın 10-da Çinin təşəbbüsü ilə İran və Səudiyyə arasında diplomatik münasibətlərin bərpası ilə bağlı görüşlər başlanıb.