Yatmazdan əvvəl dişləri fırçalamamaq ürək xəstəliyi riskini artırır.
Yaponiyada aparılan bir araşdırma yatmazdan əvvəl diş fırçalamamağın ürək xəstəliyi riskini artırdığını göstərib. 1675 subyekt üzərində aparılan tədqiqatın nəticələri dişlərini gündə iki dəfə fırçalayanların və yalnız gecə fırçalayanların ürək-damar xəstəliklərindən sağ qalma (təxmini) nisbətlərinin ümumiyyətlə, fırçalamayanlara nisbətən əhəmiyyətli dərəcədə yüksək olduğu müəyyənləşib.
"News Medical"ın xəbərinə görə, diş fırçalama tezliyi ilə ürək xəstəliyi riski arasındakı əlaqəyə fokuslanan araşdırmanın nəticələri dərc edilib.
Tədqiqat 2013-2016-cı illər ərzində Yaponiyanın Osaka Universitet Xəstəxanasında yatan xəstələr arasından 1675 xəstə seçilib.
İştirakçılar dişlərini gündə iki dəfə səhər və axşam, yalnız gecə, yalnız səhər fırçalayanlar və ümumiyyətlə, fırçalamayanlar olaraq, dörd qrupa bölündülər. İştirakçıların yaşı, cinsi və siqaret çəkmə keçmişi də nəzərə alınıb. Dişlərini gündə iki dəfə və ya yalnız gecə fırçalayanların ürək-damar xəstəliklərindən sağ qalma ehtimalları heç fırçalamayanlara nisbətən əhəmiyyətli dərəcədə yüksək idi. Araşdırmanın nəticələri dişləri yalnız səhər fırçalamağın qeyri-kafi olduğunu göstərib. Eyni zamanda tədqiqat gecə fırçalamanın sağlamlıq üçün əhəmiyyətli olduğunu ortaya qoyub.
Mənbə:NTV Haber