"Zəlzələ təbii fəlakətlər içərisində ən təhlükəlisidir".
Bunu "Sherg.az"a təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib. Onun sözlərinə görə, insanlar hər təhlükəyə, gözlənilməz hadisələrə, fors-major hallara hazır olmalıdırlar, qalanı Allahın qədəridir:
"Ehtiyatı əldən verməyin!".
Mütəxəssis zəlzələ zamanı insanların bir sıra davranış qaydalarına əməl etməli olduğunu diqqətə çatdırıb:
"- Panika, həyəcan, təlaşa düşməyin;
- zəlzələ anında evdəsinizsə, qapı arakəsmələrində dayanın (Beton arakəsmə, qırmızı kərpiclə hörülmüş yox);
-titrəyişlər bitəndən sonra hər şey qaydasındadırsa, çölə çıxmaq lazımdır;
- təhlükəsiz toplanış yerlərində dayanın;
- hündür tikililərdən, reklam lövhələri, dağılma-uçma ehtimalı olan binalardan uzaq durun;
- liftdən istifadə etməyin;
- qazı, suyu, işığı söndürün;
- təhlükəsizlik çantasını götürüb, evi tərk edin (sənədlər, qida və s.);
- rəsmi qurumların xəbərlərini izləyin, göstəriş və tövsiyələrinə riayət edin;
- dağıntılar varsa, evə geri dönməyin (yalnız rəsmi qurumların icazəsi ilə evə qayıtmaq olar)".
Qeyd edək ki, iyulun 4-də yerli vaxtla 00:01-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.